Bakı. Trend:
Düşmən yaşayış məntəqələrimizi intensiv atəşə tutur.
Müdafiə Nazirliyindən (MN) Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini intensiv atəşə məruz qoyur.
Ordumuz tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür.