...

Xocalıdakı radilokasiya stansiyası məhv edilib (VİDEO)

Siyasət Materials 10 Oktyabr 2020 11:32 (UTC +04:00)
Xocalıdakı radilokasiya stansiyası məhv edilib (VİDEO)

Bakı. Trend:

Düşmənin bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radilokasiya stansiyası məhv edilmişdir.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun məhv eddiyi 19J6 RLS qanadlı raketlər də daxil olmaqla hava hədəflərini aşkarlamaq, tanımaq və izləmək üçün nəzərdə tutulur.

Radar, həmçinin, hava həfədlərini və koordinatlarını, onun dövlət mənsubiyyətini və fəal maneə mənbələrini təyin etməyə imkan verir.

Mürəkkəb meteoşəraitdə və aşağı yüksəklikdəki hədəfləri aşkarlayan və izləyən 19J6 RLS-in müasir Avtomatlaşdırılan İdarəetmə Sistemləri (AİS) ilə inteqrasiyası mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti