Bakı. Elçin Mehdiyev – Trend:
Ermənilər işğal müddətində Azərbaycan ərazilərində təbiət abidələrinin çoxunu məhv edib.
Trend-in məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.
M.Nəbiyev bildirib ki, Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarı ilə bir sıra ağaclar təbiət abidələri siyahısına daxil edilib:
“İşğaldan azad edilmiş ərazilərdə 152 ədəd belə ağac mövcud olub. Bu ağacların siyahısına Şərq çinarı, Dağdağan, Palıd, Saqqız ağacı və digər ağaclar daxildir:
“Bu ağacların çox qədim, 1600 il yaşı olub. İşğaldan azad edilmiş ərazilərdə mövcud olan 152 ədəd ağacdan Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Xocavənd və Ağdam rayonu əraziasində 139 belə ağacın möcvud olduğu əraziyə baxış keçirilib və məlum olub ki, bu ağaclardan 123-ü məhv edilib, yandırılıb, kəsilib, yəni o ağaclar artıq yerində yoxdur.
O ağacların diametri 6 metrə qədər, hündürlüyü 40-50 metr olurdu və yaşları minillərlə ölçülür. Ağdam rayonu ərazisində 85 ədəd belə Şərq çinarı mövcud olub və monitorinq zamanı məlum olub ki, bu ağacların 82-si artıq kəsilib aparılıb”.