Bakı. Elçin Mehdiyev – Trend:
Macarıstan hər zaman Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü dəstəkləyib.
Trend-in məlumatına görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası zamanı deyib.
O qeyd edib ki, Macarıstan və Azəbaycan arasında münasibətlər daim inkşaf edir, ticarət əlaqələri daha da güclənir.
"Azərbaycanda xeyli sayda macar şirktətləri fəaliyyət göstərir. İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial var", - deyə nazir əlavə edib.