...

Aİ Avropaya qaz tədarükünün artırılması üzrə səylərinə görə Azərbaycana təşəkkür edir - Avrokomissar

Siyasət Materials 4 Fevral 2022 16:30 (UTC +04:00)
Aİ Avropaya qaz tədarükünün artırılması üzrə səylərinə görə Azərbaycana təşəkkür edir - Avrokomissar

Bakı. Ləman Zeynalova - Trend:

Mən Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünün artırılması üzrə səylərinə görə Azərbaycana təşəkkür edirəm.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simson "Twitter" səhifəsində yazıb.

O əlavə edib ki, Azərbaycan etibarlı tərəfdaşlığını təsdiq edib.

"Heç bir şübhə yoxdur ki, Cənub Qaz Dəhlizi Aİ-nin enerji şaxələndirilməsi siyasəti və tədarükün təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır. Fikrimizcə, Cənub Qaz Dəhlizi davam etməkdə olan uğur tarixçəsidir", - deyə o yazıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti