...

Bu il Şuşanı qarış-qarış gəzəcəyik - AzTV-nin “Şuşa ili”nə töhfəsi (VİDEO)

Siyasət Materials 7 Fevral 2022 17:03 (UTC +04:00)
Bu il Şuşanı qarış-qarış gəzəcəyik - AzTV-nin “Şuşa ili”nə töhfəsi (VİDEO)

Bakı. Trend:

Azərbaycan Televiziyası “Şuşa ili” ilə əlaqədar olaraq yeni layihəyə start verir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Şuşam mənim” adlı layihə silsilə verilişlər şəklində olacaq.

İlboyu yayımlanacaq verilişdə Əməkdar incəsənət xadimi İlham Rəhimli iki şuşalı ilə birlikdə şəhəri qarış-qarış gəzəcək. Onlar Şuşada əvvəl mövcud olub, işğal zamanı ermənilər tərəfindən dağıdılmış abidələrin yerini, yaxud qalıqlarını tapır, köhnə şəkillərini və hazırkı vəziyyətini nümayiş etdirirlər.

Hər buraxılış mövzular üzrə işlənəcək: məhəllələr, bulaqlar, məscidlər, tarixi abidələr və s.

Layihənin məqsədi erməni barbarlığını bir daha dünyaya nümayiş etdirməkdir.

Azərbaycan Televiziyasının bu layihəsi “Şuşa ili”nə töhfələrdən biri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti