...

Azərbaycanla Serbiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb - Səfir

Siyasət Materials 1 Mart 2022 19:41 (UTC +04:00)
Azərbaycanla Serbiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb - Səfir

Bakı. Trend:

Azərbaycan və Serbiya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Trend-in məlumatına görə, bunu bu gün Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavleviç Serbiya Respublikasının Dövlətçilik Gününə həsr olunmuş tədbirdə deyib.

"Serbiya Azərbaycanı özünün ən yaxın dostlarından biri hesab edir. İki ölkə arasında diplomatik əlaqələr 1997-ci ildə qurulub. Bu müddət ərzində Azərbaycanla Serbiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb", - o qeyd edib.

Səfir iki ölkə arasında maraq doğuran məsələlər üzrə mütləq koordinasiyanın təmin olunduğunu vurğulayıb.

"Bunu 2021-ci ildə Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması da sübut edir. İnanıram ki, iki ölkə arasında dostluq münasibətləri gələcəkdə daha intensiv olacaq", - Draqan Vladisavleviç fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti