...

İndoneziya Dövlət Poçt Şirkəti “Şuşa İli” ilə əlaqədar xüsusi marka buraxıb

Siyasət Materials 23 May 2022 19:13
İndoneziya Dövlət Poçt Şirkəti “Şuşa İli” ilə əlaqədar xüsusi marka buraxıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda 2022-ci ilin “Şuşa İli” kimi qeyd olunması çərçivəsində ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə İndoneziya Dövlət Poçt Şirkəti tərəfindən xüsusi poçt markası nəşr olunub.

Trend xəbər verir ki, poçt markasının üzərində İndoneziya dilində “Şuşa İli - 2022” sözləri yazılıb. Poçt markasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, şanlı Azərbaycan əsgərlərinin, Şuşa qalasının, o cümlədən işğaldan azad edilən torpaqlarımızdan görüntüləri də öz əksini tapıb.

İndoneziya Poçt Dövlət Şirkəti ilə səfirlik arasında əldə olunmuş razılığa əsasən, sözügedən marka may ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılıb. Poçt markası ölkənin filatelistləri tərəfindən böyük maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti