...

İran və Azərbaycan dost və qardaş ölkələrdir – İran səfiri

Siyasət Materials 30 İyul 2022 10:13 (UTC +04:00)
İran və Azərbaycan dost və qardaş ölkələrdir – İran səfiri
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Azərbaycan dost və qardaş ölkələrdir.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran televiziyasına deyib.

S.A.Musəvinin sözlərinə görə, son iki ay ərzində iki ölkə arasında müxtəlif səviyyələrdə qarşılıqlı rəsmi səfərlər həyata keçirilib. Bu səfərlər çərçivəsində müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişaf etdirilməsinə dair müzakirələr aparılıb. Məqsəd iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsidir.

“İran və Azərbaycan hər zaman qarşılıqlı əlaqədən məmnun olublar və həmişə bir-birlərinə hörmət ediblər”, - səfir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti