Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli hərəkətlərini pisləyirik.
Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında deyilib.
Bildirilib ki, Ermənistan administrasiyası ona verilən sülh fürsətindən istifadə etməli və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Daimi sülhə nail olmaq üçün böyük səylər göstərən Azərbaycana güclü dəstək təstdiqlənib.