...

Fransa ilə əlaqələrin inkişafına töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəm - Leyla Abdullayeva

Siyasət Materials 17 Oktyabr 2022 20:16 (UTC +04:00)
Fransa ilə əlaqələrin inkişafına töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəm - Leyla Abdullayeva

Bakı. Trend:

Azərbaycan-Fransa münasibətlərinin inkişafına töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəm.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycanın Fransaya yeni təyin olunan səfiri Leyla Abdullayeva özünün tvitter hesabında deyib.

"Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyinata görə Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu yüksək etimadı doğrultmaq, Azərbaycan-Fransa münasibətlərinin inkişafına töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəm”, - səfir qeyd edib.

Xatırladaq ki, Leyla Abdullayeva Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti