...

Azərbaycan-Gürcüstan əlaqələri hər iki ölkənin maraqlarına xidmət edir - Vüqar İskəndərov

Siyasət Materials 24 Oktyabr 2022 19:06 (UTC +04:00)
Azərbaycan-Gürcüstan əlaqələri hər iki ölkənin maraqlarına xidmət edir - Vüqar İskəndərov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün dünyada bir-birini sürətlə əvəz edən proseslər özlüyündə yeni qlobal problemlər də yaradıb. Dünyanın enerjiyə olan tələbəatnın kritik həddə çatması isə bu problemlərin mərkəzində durur. Təbii ki, Qərb, o cümlədən Avropa enerji porbleminin həlli üçün ümidlə Cənubi Qafqaza boylanır, Azərbaycandan dəstək istəyir. Azərbaycan da hər zaman etibarlı tərəfdaş prinsipinə sadiq qalaraq bu dəstəyi Avropaya verməyə hazır olduğunu bəyan edib”.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə imkan verir: “Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 24-də Gürcüstana səfəri və səsləndirilən bəyanatlar mühüm önəm kəsb edir. Xatırladım ki, oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış etdilər. Bu zaman isə hər iki lider maraqlı məqamlara toxundular”.

Deputatın sözlərinə görə, ümumilikdə Gürcüstan-Azərbaycan əməkdaşlığının tarixi dərindir: “Bu əməkdaşlıq özündə bütün sahələri əhatə edir. Eyni zamanda, bu əmədaşlığı xarakterizə edən bir məqam da iki ölkə tərəfindən bir çox önəmli layihələrin reallaşdırılmasıdır. Hansı ki, həmin layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Yenə də bu gün səsləndirilən bəyanatın üzərinə gəlmək istərdim. Beləliklə, bəyan edildiyi kimi bu sırada enerji və qaz ixracı ilə bağlı məsələlər ön sıradadır. Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq fikrindədir. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq.

Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni, bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Beləliklə, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, səfər çərçivəsində bu məsələ diqqət mərkəzində oldu. Bundan başqa o da məlum oldu ki, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Azərbaycan bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyir. Təbii ki, qaz və enerji ilə bağlı əməkdaşlıq gündəliyində kifayət qədər zəngin maddələr var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti