...

Azərbaycanın qonşuları ilə əməkdaşlıq etmək bacarığı onun inkişafına səbəb olub - О’Donel

Siyasət Materials 10 Mart 2023 17:55 (UTC +04:00)
Azərbaycanın qonşuları ilə əməkdaşlıq etmək bacarığı onun inkişafına səbəb olub - О’Donel
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan qonşuları ilə əməkdaşlığa və hörmətə əsaslanmış balanslaşdırılmış siyasət aparmağa nail olub.

Bu barədə Trend-ə BMT-nin Ukraynadakı keçmiş daimi əlaqələndiricisi Frensis О’Donel X Qlobal Bakı Forumunun kuluarlarında deyib.

İrlandiyalı diplomatın fikrincə, savadlı geostrateji münasibətlər sisteminin qurulmasında Azərbaycanın siyasi rəhbərliyinin rolu ölkənin inkişafında həlledici olub.

O, həmçinin, Azərbaycanın enerji tərəfdaşlığı, iqlimin mühafizəsi, enerji transformasiyası məsələlərində, habelə, siyasi məsələlərdə tutduğu mövqenin digər ölkələrlə etibarlı münasibətlərin formalaşmasına səbəb olduğunu əlavə edib. İrlandiyalı diplomat bu cür siyasətə misal olaraq, onlarla ölkənin keçmiş və hazırkı liderlərinin iştirak etdiyi Qlobal Bakı Forumunun uğurunu göstərib.

О’Donel, həmçinin, Azərbaycanın Avropa, Asiya və Yaxın Şərqin kəsişmə nöqtəsində yerləşməsi faktının müxtəlif regionların mədəni xüsusiyyətlərinin anlamaq baxımından problemə daha geniş spektrdən baxmaq üçün unikal şans təşkil etdiyini və bunun Azərbaycanın yaxın ölkələrlə əməkdaşlığının güclənməsinin daha bir səbəbi olduğunu vurğulayıb.

Qeyd edək ki, martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti