...

YAP nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)

Siyasət Materials 10 May 2023 13:47 (UTC +04:00)
YAP nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Trend-in məlumatına görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Azərbaycanın müstəqil dövlət kimi inkişafı və tarixi uğurlar qazanması ümummilli lider Heydər Əliyevin titanik fəaliyyəti, məqsədyönlü siyasəti və əbədiyaşar ideyaları ilə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il respublikamızda “Heydər Əliyev İli” elan edilmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü həm respublikamızda, həm də onun hüdudlarından kənarda təntənə ilə qeyd edilir.

Bu gün qüdrətli və qalib Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin siyasi varisi, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə tərəqqi və Zəfər yolunda inamla irəliləyir, yeni-yeni nailiyyətlərə imza atır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti