...

"Azərbaycan torpaqlarını azad edərək münaqişəyə son qoydu" - Misir Xarici İşlər Şurasının sədri (ÖZƏL)

Siyasət Materials 17 May 2023 12:08 (UTC +04:00)
"Azərbaycan torpaqlarını azad edərək münaqişəyə son qoydu" - Misir Xarici İşlər Şurasının sədri (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bütün dünya Azərbaycanın Ermənistanla olan münasibətləri normallaşdırma təşəbbüsünü görür və alqışlayır.

Bu barədə Trend-ə özəl açıqlamasında Misir Xarici İşlər Şurasının sədri və Misirin keçmiş xarici işlər naziri Mohamed Abd El-Hay Al-Orabi deyib.

O qeyd edib ki, Azərbaycan-Ermənistan arasında yaranmış münaqişə ilk vaxtlarından bəri izlənilir.

“Azərbaycan torpaqlarını azad edərək münaqişəyə son qoydu. Biz inanırıq və bilirik ki, Azərbaycan hazırda Ermənistanla münasibətləri diplomatik yollarla normallaşdırır. Düşünürəm ki, bütün dünya Azərbaycanın bu təşəbbüsünü alıqşlayır”,- deyə o bildirib.

Ötən günlərdə Brüsseldə keçirilən üçtərəfli görüşdən bəhs edən Orabi qeyd edib ki, bəzən konfliktlərdə üçüncü -vasitəçi tərəfin iştirak etməsinə ehtiyac duyulur.

“Amma bu kimi konfliktlərdə istənilən halda tərəflərin razılaşması daha önəmlidir. Düşünürəm ki, Azərbaycan və Ermənistan problemi diplomatik yolla həll etməlidir. Bu təşəbbüs qəbulolunandır və sülhə də bu yolla nail mümkündür. Bu kimi görüşlərdə də vasitəçilər çalışır ki, problem diplomatik üsulla həll edilsin. Bununla da regionda sülh və sabitlik yaranar”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti