...

Bu səfər iki qardaş ölkə arasında münasibətlərin sarsılmaz olduğunun göstəricisidir

Siyasət Materials 13 İyun 2023 18:39 (UTC +04:00)
Bu səfər iki qardaş ölkə arasında münasibətlərin sarsılmaz olduğunun göstəricisidir

Bakı. Trend:

Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Türkiyə prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi iki qardaş ölkə arasında münasibətlərin nə qədər sarsılmaz olduğunun göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Ayıdın Hüseynov deyib.

O bildirib ki, Türkiyədə keçirilən prezident seçkilərində Azərbaycan ictimaiyyəti Rəcəb Tayyib Ərdoğana birmənalı dəstək göstərdi və bunun da bir tutarlı səbəbi var idi. “Bu mütləq dəstəyin, Ərdoğanın qalibiyyətinə sarsılmaz inamın bariz nümunəsi kimi Azərbaycan Prezidenti İlham Əliyev seçkilərin birinci turundan sonra Rəcəb Tayyib Ərdoğana zəng etdi və onu, yüksək səs faizi topladığına görə təbrik etdi. Türkiyədəki prezident seçkilərinin ikinci turundan sonra da Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti oldu”, - deyə deputat bildirib.

A.Hüseynov qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Türkiyə münasibətləri keyfiyyətcə yeni müstəviyə qalxıb.

“Mədəniyyət paytaxtımız kimi dünyaca məşhur Şuşada iki qardaş ölkə - Türkiyə ilə Azərbyacan arasında imzalanmış mütəffiqlik bəyənnaməsinin münasibətlərimizin yeni formata keçidində böyük rolu vardır.

Türkiyə ilə Azərbaycan hər zaman bir-birinin yanındadır və inanırıq ki, bu münasibət daimidir. Bu qardaşlıq və birlik xalqlarımız üçün əsas yol xəritəsidir. Bölgəmizdə davamlı sülh üçün, dünyada barış üçün çox önəmlidir. Ötən tarixə nəzər salsaq, görərik ki, ən kritik anlarda iki dost ölkə daim bir-birinin yanında olub. Qarabağ münaqişəsinin ilk günlərindən qardaş Türkiyənin bizimlə bir yerdə görmüşük. Dünyaya çağırış etdiyimiz zaman səsimizə ilk səs verənlərdən olub Türkiyə, Vətən müharibəsində olduğu kimi, postmünaqişə dövründə də Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə öz dəstəyini verib və bu gün də proses davam etməkdədir. İşğaldan azad edilmiş Qarabağımıza ilk səfər edən dövlət başçısının Rəcəb Tayyib Ərdoğan olduğunu da unutmayaq”, - deyə deputat bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti