...

ABŞ sülh razılaşması əldə etmək üçün Azərbaycan və Ermənistanla müxtəlif səviyyələrdə əlaqələri davam etdirir - Dövlət Departamenti

Siyasət Materials 1 Avqust 2023 22:11 (UTC +04:00)
ABŞ sülh razılaşması əldə etmək üçün Azərbaycan və Ermənistanla müxtəlif səviyyələrdə əlaqələri davam etdirir - Dövlət Departamenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ sülh razılaşması əldə etmək üçün Azərbaycan və Ermənistanla müxtəlif səviyyələrdə əlaqələri davam etdirir.

Trend xəbər verir ki, bunu bu gün brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

"Biz inanırıq ki, sülh razılaşması əldə edilə bilər. Ona görə də biz tam sülh razılaşmasına nail olmaq üçün həm Dövlət Departamentinin ən yüksək səviyyəsində, həm də alt kabinet səviyyəsində Ermənistan və Azərbaycan liderləri ilə əlaqələri davam etdiririk", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti