Bakı. Trend:
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.
Trend xəbər verir ki, fərmanda deyilir:
1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 15.1.15-4-cü, 16.1.11-13-cü (hər iki halda) maddələrində, 85.6.2-ci maddəsinin ikinci cümləsində, 85.11-ci maddəsinin birinci və dördüncü cümlələrində, 102.1.14.33-cü, 111.4-cü, 119.2-ci, 164.1.19-cu, 164.1.19-1-ci, 164.1.25-ci, 164.1.31-ci, 164.1.51-ci, 164.1.62-ci maddələrində və 175.13-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 164.1.51-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 13.2.82-ci maddəsinin ikinci cümləsində, 15.1.15-4-cü, 16.1.11-13-cü (birinci halda) maddələrində, 85.6.2-ci maddəsinin ikinci cümləsində, 102.1.14.33-cü, 111.4-cü, 119.2-ci, 164.1.25-ci və 164.1.31-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Məcəllənin 175.13-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Məcəllənin 13.2.82-ci maddəsinin üçüncü cümləsində, 16.1.11-13-cü (ikinci halda) maddəsində və 85.11-ci maddəsinin birinci və dördüncü cümlələrində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.6. həmin Məcəllənin 164.1.19-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi nəzərdə tutulur;
1.7. həmin Məcəllənin 164.1.19-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur;
1.8. həmin Məcəllənin 164.1.62-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. fiziki şəxslərin binalara görə ödəməli olduğu əmlak vergisinin ödənilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. aşağıdakı normativ hüquqi aktları üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
2.2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini;
2.2.2. həmin Məcəllənin 15.1.15-4-cü maddəsinə uyğun olaraq, vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi qaydasını;
2.2.3. həmin Məcəllənin 16.1.11-13-cü maddəsinə uyğun olaraq, taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısını;
2.2.4. həmin Məcəllənin 85.6.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydasını;
2.2.5. həmin Məcəllənin 102.1.14.33-cü maddəsinə uyğun olaraq, dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının məbləğini;
2.2.6. həmin Məcəllənin 111.4-cü maddəsinə uyğun olaraq, müflis elan olunmuş bankların vergitutma məqsədləri üçün xüsusi ehtiyatlarının yaradılması qaydasını;
2.2.7. həmin Məcəllənin 119.2-ci maddəsinə uyğun olaraq, nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması normaları və qaydasını;
2.2.8. həmin Məcəllənin 164.1.25-ci maddəsinə uyğun olaraq, idxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin siyahısını;
2.2.9. həmin Məcəllənin 164.1.31-ci maddəsinə uyğun olaraq, idxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısını;
2.3. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.