...

Fransa bu cür addımları ilə beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirir - Sahibə Qafarova

Siyasət Materials 18 Yanvar 2024 17:33 (UTC +04:00)
Fransa bu cür addımları ilə beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirir - Sahibə Qafarova
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 18-də Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel və Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonla görüşlərində Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirib.

Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Spiker, dünyada ikili standartların mövcud olduğunu deyərək, qeyd edib ki, bu gün Azərbaycanın qazandığı nailiyyətləri həzm edə bilməyən bəzi dövlətlər ölkəmizə qarşı qərəzli, ədalətsiz mövqedən çıxış edirlər. Onun sözlərinə görə, Fransanın son dövrlərdə ölkəmizə qarşı mütəmadi hal alan davranışlarında bunu aydın şəkildə görürük.

Milli Məclisin sədri Fransa Senatının sonuncu qətnaməsini ikiüzlülüyün bariz nümunəsi adlandıraraq, deyib ki, Fransa bu cür addımları ilə beynəlxalq hüququn norma və prinsiplərinə də açıq hörmətsizlik nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti