...

Çexiya XİN vətəndaşının Ermənistandan Azərbaycana keçməyə cəhd edərkən saxlanıldığını TƏSDİQLƏDİ

Siyasət Materials 5 Fevral 2024 18:28 (UTC +04:00)
Çexiya XİN vətəndaşının Ermənistandan Azərbaycana keçməyə cəhd edərkən saxlanıldığını  TƏSDİQLƏDİ
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Çexiya vətəndaşının Azərbaycan polisi tərəfindən saxlanılmasını təsdiqləyirik.

Bu barədə Trend-ə Çexiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariana Vernerova deyib.

"Saxlanmaya səbəb kimi onun sərhədi qanunsuz keçməsi göstərilir. Bakıdakı səfirliyimiz Çexiya vətəndaşının konsulluq səfəri üçün icazə gözləyir və həmkarlarımız ailəsi ilə əlaqə saxlayır", - o deyib.

Xatırladaq ki, fevralın 3-də Ermənistandan sərhədi qanunsuz keçən Çexiya vətəndaşı Azərbaycanda saxlanılıb. o, Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub.

Hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmaları həyata keçirir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti