...

Avropalı liderlər Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün fürsət axtarırlar - Macarıstan XİN

Siyasət Materials 16 Fevral 2024 16:35 (UTC +04:00)
Avropalı liderlər Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün fürsət axtarırlar - Macarıstan XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz görürük ki, Avropa İttifaqı və Brüsseldən olan liderlər Azərbaycan Prezidenti İlham Əliyevlə əl sıxaraq şəkil çəkdirmək fürsəti əldə etmək üçün əllərindən gələni edirlər.

Trend xəbər verir ki, bu barədə Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Türkiyənin "Anadolu Agentliyi"nə müsahibəsində deyib.

TDT-nin Müşahidəçi Üzvü olduqdan sonra Aİ tərəfindən tənqid olunduqlarına diqqət çəkən Siyarto, Azərbaycanla dostluq qurduqlarına görə tənqidlərə məruz qaldıqlarını bildirib.

"İndi də Avropa İttifaqı və Brüsseldən olan liderlər Azərbaycandan təbii qaz tədarük edə biləcəklərini anladıqları üçün Azərbaycan Prezidenti İlham Əliyevlə əl sıxaraq şəkil çəkdirmək üçün əllərindən gələni edirlər. Azərbaycanla bizim dostluğumuz digərlərindən qat-qat güclü və prinsiplərə söykənir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti