...

Azərbaycan və Ermənistan arasında sülh sazişi regionda görünməmiş sabitlik yaradacaq - Mark Libbi

Siyasət Materials 28 İyun 2024 20:08 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında sülh sazişi regionda görünməmiş sabitlik yaradacaq - Mark Libbi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında sülh sazişi regionda görünməmiş sabitlik yaradacaq.

Trend xəbər verir ki, bunu bu gün ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ABŞ-nin Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib.

"Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesinə başlayıb və sülh sazişinin imzalanmasına həmişəkindən daha yaxın olduqlarını açıq şəkildə bəyan ediblər", - o deyib.

Səfir vurğulayıb ki, ABŞ bu addımların tarixi fürsət pəncərəsi açdığına inanır.

"Birləşmiş Ştatlar hər iki tərəfi bu fürsətdən istifadə etməyə təşviq etməyə davam edəcək və biz bu prosesi asanlaşdırmaq üçün əlimizdən gələni edəcəyik", - diplomat əlavə edib.

Mark Libbi qeyd edib ki, Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gələcək inkişaf üçün geniş potensiala malikdir.

"Tərəfdaşlığımız artıq diqqətəlayiq tarixə malikdir. Azərbaycan müstəqilliyini yenə qazandıqdan bəri Birləşmiş Ştatlar təhsil və iqtisadi inkişafı gücləndirmək, münaqişədən əziyyət çəkən məcburi köçkünlərə kömək etmək və ölkəni öldürücü minalardan azad etmək üçün 1 milyard dollardan çox vəsait təmin edib. Biz Azərbaycan və region üçün sülh, tərəqqi və təhlükəsizliyi təmin edən daha dərin gələcək tərəfdaşlığı birgə arzu edirik", - səfir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti