...

Bakının bu ərazisində evlər sökülür

Cəmiyyət Materials 29 İyun 2024 10:38 (UTC +04:00)
Bakının bu ərazisində evlər sökülür
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Xətai rayonunda "Sevirəm" parkının genişləndirilməsi üçün işlərə başlanılıb.

Bunu Trend-ə Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

Onun sözlərinə görə, Kamandar Əhmədov, Həmid Abbasbəyli, Yusif Səfərov və Sergey Senyuşkin küçələrindəki qəzalı vəziyyətdə olan evlər sökülür.

"Sökülən evlər, əsasən, birmərtəbəlidir. Ərazidə park salınacaq. Bu park da "Sevirəm" parkının davamı olacaq. Evləri sökülən sakinlərlə müqavilə bağlanılır, vəsaitləri ödənilir", - deyə o qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində bir çox yerlərdə istismar müddəti bitmiş, qəzalı bina və tikililərin əvəzinə yeni bina və obyektlər yox, məhz parklar salındığını açıqlamışdı. Bildirilmişdi ki, Xətai rayonunda yerləşən “Sevirəm” parkının genişləndirilməsi ilə bağlı işlər görülür. Bununla əlaqədar şəhərin əsas magistral yollarından olan Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddəti bitmiş tikililərin sökülməsi və ərazidə yaşayan sakinlərə və obyekt sahiblərinə mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməsi şərti ilə onların köçürülməsi prossesi həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti