...

Azad edilmiş ərazilərdə aşkarlanan silah-sursatın sayı açıqlandı

Cəmiyyət Materials 29 İyun 2024 11:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azad edilmiş ərazilərdə aşkarlanan silah-sursatın sayı açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə 22-28 iyun tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 26 avtomat silahı, 3 pulemyot, 1 tapança, 3 tüfəng, 27 qumbara, 2 qumbaraatan, 36 alışdırıcı, 13 mərmi, 5 süngü-bıçaq, 115 patron darağı, 4780 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Kəlbəcər rayonunun Vəngli kəndi ərazisindən 1 avtomat silahı, 7 patron darağı, 255 ədəd müxtəlif çaplı patron, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisindən 4 avtomat silahı, 1 tapança, 1 qumbaraatan, 12 qumbara, 10 alışdırıcısı, 10 ədəd patron darağı və 278 ədəd müxtəlif çaplı patron, Laçın rayonu ərazisindən 2 avtomat silahı, 1 tapança, 1 tüfəng, 13 qumbara, 3 süngü-bıçaq, 16 patron darağı və 270 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti