...

Teymur Rəcəbov Moskvada 2-ci pilləyə yüksəlib

İdman Materials 29 İyun 2024 04:07 (UTC +04:00)
Teymur Rəcəbov Moskvada 2-ci pilləyə yüksəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Moskvada “Şahmat ulduzları 4,0” turnirində iştirak edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, təmsilçimiz iki günün nəticəsinə görə 4 xal toplayıb.

Teymur rapid üzrə turnirdə bu gün 3 partiyada yarışıb. Yekaterinə Laqnoya qalib gələn Rəcəbov Hou Lifan və Sergey Karyakinlə xalları yarıya bölüb. Nəticədə hesabına dünən olduğu kimi 2 xal yazdıran şahmatçımız yalnız Vladislav Artemyevdən (5,5 xal) geri qalır.

Qeyd edək ki, sabah rapiddə mübarizəyə yekun vurulacaq. İyulun 1-2-də blitsdə ən güclülər bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti