...

İranda seçki qutularını daşıyan mikroavtobusa atəş açılıb, ölən və yaralanan var

Hadisə Materials 29 İyun 2024 03:03 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Rask rayonunda seçki qutularını daşıyan mikroavtobusa silahlı hücum nəticəsində 2 polis ölüb, 5 nəfər yaralanıb.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, hadisə naməlum yaraqlılar tərəfindən törədilib.

Qeyd edək ki, ötən gün (28 iyun) İranda prezident seçkiləri keçirilib. Yerli vaxtla saat 18:00-da başa çatması nəzərdə tutulan prezident seçkilərinin müddəti saat 00:00-dək davam edib. Səsvermə bitdikdən sonra səslərin sayılmasına başlanıb.
İran prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - rəqabət aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti