...

Samur çayının su ehtiyatlarının bölünməsi ilə bağlı görüş keçirildi

İqtisadiyyat Materials 29 İyun 2024 09:41 (UTC +04:00)
Samur çayının su ehtiyatlarının bölünməsi ilə bağlı görüş keçirildi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 26-cı görüşü iyun ayının 28-də Azərbaycan Respublikasının Qusar şəhərində keçirilib.

Trend bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, görüş Azərbaycan - Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su və Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyevin və Komissiyasının Rusiya tərəfindən həmsədri, Rusiya Federasiyasının Su Ehtiyatları Federal Agentliyinin rəhbərinin müavini Vadim Nikonorovun rəhbərliyi ilə keçirilib.

İclasda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Xarici İşlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak edib.

Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü, monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb, görüləcək tədbirlər barədə protokol imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti