...

“Bavariya” ilə “Mançester Yunayted” arasında fikir ayrılığı

İdman Materials 29 İyun 2024 05:13 (UTC +04:00)

Bakı. Trend:

“Bavariya” və “Mançester Yunayted” Mateys de Liqatin transferində razılığa gələ bilmir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Avropa nəhəngləri müdafiəçinin qiymətində ortaq məxrəc tapa bilmir.

24 yaşlı futbolçunun keçidini Erik Ten Haq istəyir. Mançester təmsilçisi ilə müqaviləsini uzatmaq barədə danışıqlar aparan niderlandlı mütəxəssis həmyerlisinin transferini istəyir.

Almaniya klubu müdafiəçinin keçidi üçün 70 milyon avro tələb edir. “Qırmızı şeytanlar” bu məbləğin yarısını ödəməyə hazırdır. Qiymətlə bağlı fikir ayrılığı həllini tapmasa, keçid rəsmiləşməyəcək.

Qeyd edək ki, müdafiəçi “Bavariya”nın yeni baş məşqçisi Vensan Kompaninin planlarına daxili deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti