...

Narkotik vasitə qarşılığında kuryerliyə cəlb edilən şəxs saxlanıldı

Hadisə Materials 29 İyun 2024 11:32 (UTC +04:00)
Narkotik vasitə qarşılığında kuryerliyə cəlb edilən şəxs saxlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Narkotik vasitə qarşılığında kuryerliyə cəlb edilən şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş Xalid Şükürov saxlanılıb.

X.Şükürovdan 11 kiloqram marixuana, 3 kiloqram heroin, əlavə olaraq tiryək, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.

Araşdırmalarla onun narkotik vasitə qarşılığında İranda yaşayan narkotacir tərəfindən kuryerliyə cəlb edildiyi müəyyən edilib.

X.Şükürov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti