Bakı. Trend:
ABŞ Quru Qoşunları "Lockheed Martin" şirkəti ilə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün 870 raket istehsalına dair 4,5 milyard dollarlıq müqavilə imzalayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Quru Qoşunlarının saytında məlumat verilib.
Sənəddə qeyd olunub ki, "Lockheed Martin Missiles and Fire Control" ilə müqavilə 870 PAC-3 MSE raketləri və müvafiq avadanlıqların alınmasını nəzərdə tutur"
Bildirilib ki, "PAC-3 MSE" raketləri “taktiki ballistik raketlər, qanadlı raketlər, hipersəs raketləri və təyyarələr daxil olmaqla təhlükələrin qarşısını ala bilir”.