...

Növbədənkənar parlament seçkiləri Azərbaycan üçün çox vacib prosesdir - Aleksandr Terentyev

Siyasət Materials 31 Avqust 2024 18:15 (UTC +04:00)
Növbədənkənar parlament seçkiləri Azərbaycan üçün çox vacib prosesdir - Aleksandr Terentyev
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, ölkəmizdə növbədənkənar parlament seçkilərini izləmək üçün səfərdə olan Rusiya Federal Məclisinin Federasiya Şurasının müşahidə missiyasının rəhbəri Aleksandr Terentyev ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə M.Pənahov seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112 mindən artıq yerli müşahidəçinin cəlb olunduğunu, ölkə üzrə 1000 seçki məntəqəsində səsvermə prosesinin fasiləsiz izlənməsi üçün veb-kameraların quraşdırıldığını qeyd edib.

MSK sədri bildirib ki, bu parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququna malikdir və 990 namizəd seçkilərdə iştirak edir. Namizədlərin sərbəst seçkiqabağı təşviqat aparmaları üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb, qeydiyyata alınan namizədlərin 305-i 25 siyasi partiyanı təmsil edir.

Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını vurğulayan M.Pənahov, onlardan 6343-nün daimi, 135-nin isə müvəqqəti fəaliyyət göstərdiyini bildirib. İlk dəfə olaraq Milli Məclisə seçkilərin Azərbaycanın bütün suveren ərazilərində keçirildiyini və işğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçici üçün 54 seçki məntəqəsinin yaradıldığını qeyd edib.

Aleksandr Terentyev MSK-dakı səmimi qarşılanmaya görə təşəkkür edərək, növbədənkənar seçkilərin müşahidəsində iştirakdan məmnun olduğunu bildirib və prosesləri fəal şəkildə izləyəcəyini vurğulayıb. O, seçkinin Azərbaycan üçün çox vacib bir proses olduğunu və ilk dəfə olaraq parlament seçkilərinin ölkənin bütün suveren ərazilərində keçiriləcəyini qeyd edib. A.Terentyev insanların seçki prosesi ilə bağlı yüksək əhvali-ruhiyyədə olduğunu da vurğulayıb.

Görüşdə, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti