...

Medinskinin şovinist çıxışı: Rusiyanın bəyanatlarına zidd mövqe və Cənubi Qafqazda köhnə oyunlar – ŞƏRH

Siyasət Materials 11 İyun 2025 15:15 (UTC +04:00)
Medinskinin şovinist çıxışı: Rusiyanın bəyanatlarına zidd mövqe və Cənubi Qafqazda köhnə oyunlar – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin qərəzli müsahibəsi mübahisə doğuracaq şəkildədir. Çünki Putinin köməkçisi yaxşı bilir ki, məhz Rusiya Prezidenti dəfələrlə Qarabağın Azərbaycan ərazisi olduğunu bildirib.

Bu fikirləri Trend-ə açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, Rusiya sadəcə olaraq Cənubi Qafqazda “parçala, hökm sür” siyasəti yürüdür:

“1805-ci ildə Kürəkçay müqaviləsindən sonra Çar Rusiyası müxtəlif ölkələrdən bu bölgəyə gələcəkdə istifadə etmək üçün erməniləri köçürüb. Rusiya hər zaman ermənilərdən öz siyasi maraqları üçün istifadə edib. Onlar quberiya halında olan ərazini erməni dövlətinə çevirdilər. Həmin tarixdən bugünədək Rusiyanın Ermənistanın dövlət kimi qorunub saxlanılmasında çox böyük rolu olub.

Lakin 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan Qərbin dəstəyi ilə Rusiyadan qopmağa çalışır. Təbii ki, Rusiya bundan razı deyil. Onlar Paşinyanı devirib onun yerinə Rusiyayönümlü birini gətirmək istəyirlər. Medinskinin çıxışı da məhz bu məsələyə yönəlib”.

Politoloq vurğulayıb ki, bütün bunlar Rusiyanın Cənubi Qafqazda mövqeyinin zəiflədiyini göstərir.

“Rusiya Ukrayna ilə müharibədə “qələbə” üzrə olduğu dönəmlərdə də Cənubi Qafqaza tilov atır, sülh müqaviləsi imzalamaq ərəfəsində olan Azərbaycan və Ermənistan arasında da nifaq salmağa çalışır. Rusiya münaqişə törədib hər iki tərəfə ağalıq etmək istəyir. Lakin bütün bunlar artıq keçmişdə qalıb. Onlar heç nəyə nail ola bilməyəcəklər. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi zamanı da Putin dəfələrlə bildirdi ki, Qarabağ Azərbaycanındır, Sergey Lavrov da bunu dəfərlərlə qeyd edib.

Medinskinin iyunun 9-dakı şovinist çıxışı qəzəb doğurur. Ona Azərbaycan Xarici İşlər Nazirliyi çox gözəl cavab verib. Medinskinin bu hərəkəti Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmağa yönəlib. Bu da bu gün çətin durumda olan Rusiyanın xeyrinə deyil. Medinski və onun kimilərin Azərbaycana qarşı çıxışları “yuxarı”ların tapşırığı ilə edilir”, - deyə E.Həsənov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti