Azərbaycan Fəzalət Partiyası (AFP) Milli Məclisdə müzakirə edilərək qəbul edilmiş Seçki Məcəlləsində seçki komissiyalarının formalaşma qaydasının olduğu kimi saxlanılmasından razı deyil. Trend informasiya agentliyi xəbər verir ki, bu ifadələr AFP-nin yaydığı bəyanatındadır.
"Seçki komissiyyalarının tərkibinin dəyişdirilməməsindəki israrlılıq gələcəkdə ölkədə xoşagəlməz hallarla nəticələnə bilər",- bəyanatda deyilir.
Bəyanatda, daha sonra, AFP-nin ölkədə seçkilərlə bağlı yaranmış vəziyyətin istənilən siyasi partiya və seçki blokları ilə müzakirə etməyə hazır olduğubildirlir.