...

AVQUSTUN 14-DƏ KÜRDƏMİR VƏ ZAQATALADA "AZADLIQ" BLOKUNUN AKSİYALARI KEÇİRİLƏCƏK

Siyasət Materials 12 Avqust 2005 16:23 (UTC +04:00)

Avqustun 14-də "Azadlıq" blokunun Kürdəmir və Zaqatalada kütləvi aksiyaları keçiriləcək. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədr müavini Həsən Kərimov Trend ə bildirib ki, aksiyalarla bağlı hər iki rayonun icra hakimiyyətinə müraciət edilib. Kürdəmir Rayon İcra Hakimiyyəti mitinqin keçirilməsinə icazə verməyib.

H.Kərimovun sözlərinə görə, Kürdəmir müxalifətçiləri rayonun mərkəzində aksiya keçirməkdə israrlıdırlar. Zaqatala Rayon İcra Hakimiyyətindən isə hələlik cavab alınmayıb.

Avqustun 21-də "Azadlıq" blokunun Qubada və Lənkəranda mitinqləri keçiriləcək. Aksiyalarla bağlı həmin rayonların icra hakimiyyətlərinə müraciət olunub.

Quba rayonunun İcra Hakimiyyəti şəhərin mərkəzində aksiya keçirilməsinə icazə verməyib, əvəzində aksiyanı şəhərdən kənarda yerləşən stadionda keçirməyi təklif edib.

Lakin "Azadlıq" blokunun yerli nümayəndələri bu təkliflə razılaşmayıblar və avqustun 13-də İcra Hakimiyyətinə təkrar müraciət göndərməyə qərar veriblər. Avqustun 21-də həmçinin Lənkəranda mitinq keçirilməsi ilə bağlı müraciət olunub. Lənkəran Şəhər İcra Hakimiyyətindən müraciətə hələki cavab verilməyib.

Xəbər lenti

Xəbər lenti