...

Elmar Məmmədyarov Gürcüstandakı "qızılgül inqilabı"nın ikinci ildönümü münasibətilə təntənələrdə Azərbaycanı təmsil edəcək

Siyasət Materials 22 Noyabr 2005 12:08 (UTC +04:00)

Gürcüstanda "qızılgül inqilabı"nın ikinci ildönümü münasibəti ilə təntənələrdə rəsmi Bakını Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. Bu barədə Trend ə Azərbaycanın XİN-ninmətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə bildirib.

Onun sözlərinə görə, XİN başçısı noyabrın 23-də səhər təntənəli tədbirlərdə iştirak etmək üçün Tbilisiyə yola düşəcək. Qısamüddətli səfər çərçivəsində nazir həm Gürcüstanın bir sıra rəhbər şəxsləri, eləcə də tənətənələrdə iştiroak etmək üçün Gürcüstana gələn digər ölkələrin hökumət nümayəndə heyətləri ilə də görüşlər keçirəcək

Xəbər lenti

Xəbər lenti