...

Ramil Usubov: "Nardaranda elə vətəndaşlar var ki, üstlərində silah gəzdirir, həyətlərində narkotika əkib-becərirlər"

Siyasət Materials 30 Yanvar 2006 16:25 (UTC +04:00)
Ramil Usubov: "Nardaranda elə vətəndaşlar var ki, üstlərində silah gəzdirir, həyətlərində narkotika əkib-becərirlər"

"Nardaranda elə vətəndaşlar var ki, üstlərində silah gəzdirir, həyətlərində narkotika əkib-becərirlər, buna görə də polisin həmin əraziyə nəzarəti onlar üçün arzuolunmazdır. Bu sözləri jurnalistlərlə söhbətində Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov deyib.

Nazir bildirib ki, yanvarın 25-də polis əməkdaşları Nardaranda öz xidməti vəzifələrini yerinə yetirərkən qətlə yetiriliblər. Lakin müxalifət mətbuatında bununla bağlı qeyri-obyektiv məlumatlar verilir, şəhid olmuş polis əməkdşalarının ünvanına böhtan fikirlər səsləndirilir. R.Usubov: "Guya onlar sərxoş olublar, qəsəbəyə özbaşına gəliblər və s. Lakin bu həqiqətən belə deyil. Həmin əməkdaşlar öz vəzifə xidmətlərini yerinə yetirərək Nardaran kəndinə gəlmiş və cinayətə məruz qalmışlar. Nardaranda bəzi cinayətkarlar istəmir ki, polis Nardarana gəlsin, onlar Nardaran camaatını qorxu altında saxlayır, bu qəsəbəni polisin nəzarətindən kənarda olan bir yerə çevirmək istəyirlər".

Nazir bildirib ki, bu faktla bağlı Baş Prokurorluqda cinayət işi qaldırılıb, istintaq gedir. Cinayətdə əli olan bütün şəxslər müəyyən edilib və onlar törətdikləri əmələ görə qanun qarşısında cavab verəcək.

Xəbər lenti

Xəbər lenti