...

Azərbaycan prezidenti İsveçrə XİN başçısını qəbul edib

Siyasət Materials 23 Fevral 2006 18:31 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan və İsveçrə arasında ikitərəfli əməkdaşlığın perspektivləri Azərbaycan prezidenti İlham Əliyevin İsveçrənin federal xarici işlər naziri Mişlin Kalmi-Rey ilə görüşündə müzakirə edilib.

Dövlət başçısı iki ölkə arasındakı münasibətlərin uğurlu inkişafını qeyd edərək Azərbaycanın İsveçrədə səfirliyinin açılmasını Azərbaycanın həmin ölkəyə verdiyi əhəmiyyətin göstəricisi kimi qiymətləndirib. Prezident gələcəkdə də əməkdaşlığın uğurla inkişaf etdiriləcəyi ilə bağlı əminliyini bildirib.

İsveçrənin XİN başçısı da öz növbəsində Azərbaycan ilə İsveçrə arasında bütün sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti