...

Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların zabitləri üçün keçirilən təlim kursları başa çatıb

Siyasət Materials 24 Mart 2006 16:15 (UTC +04:00)

Martın 13-dən başlayaraq Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) və Daxili Qoşunlarının (DQ) zabitləri üçün keçirilən təlim kursları uğurla başa çatıb. Bu barədə Trend ə DQ-nin mətbuat xidmətindən məlumat verilib.

Təlim kursları Amerika səfirliyinin dəstəyi ilə keçirilib və kurslarda DİN-lə DQ-nin ümumilikdə 30 zabiti iştirak edib. Zabitlərimizə sahəyə baxış, axtarış və həbs etmək sahəsində yeni metodologiyaların tətbiqi öyrədilib.

Kurslarda yüksək əhval-ruhiyyə ilə iştirak etmiş zabitlərimiz tədbirdən razı qalıblar. Tədbirin sonunda onlar mənimsənilən biliklərin gələcəkdə öz peşə təcrübələrinə tətbiq edilməsi üçün əlverişli olduğunu vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti