...

Heydər Babayev: Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və "Russkiy Alyuminiy" zavod tikintisi üzrə danışıqlara başlayıb

Siyasət Materials 28 Mart 2006 12:01 (UTC +04:00)
Heydər Babayev: Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi  və "Russkiy Alyuminiy" zavod tikintisi üzrə danışıqlara başlayıb

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və "Russkiy Alyuminiy" ASC Azərbaycanda alüminium zavodunun tikintisi üzrə danışıqlara başlayıb. Trend in verdiyi məlumata görə, bu barədə martın 28-də Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

Onun sözlərinə görə, danışıqlar bu layihə ilə bağlı bütün məsələlər üzrə aparılır. Onların arasında zavodun yerləşməsi, elektrik enerjisi mənbələri və giriş yollarının mövcudluğu da var.

Nazirin qeyd etdiyinə görə, məhsulun istehsalı üçün xammal olan boksitlərin dəyərini, eləcə də onun alınması, hazır məhsulun maya dəyərinə xammalın qiymətinin əlavə olunması məsələlərini müəyyən etmək vacibdir.

Bir az əvvəl "RusAl" şirkətinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, şirkət Azərbaycanda ildə 300 min ton alüminium istehsal etməyə qadir olan yeni zavodun yaradılması layihəsi üzrə texniki-iqtisadi əsasları hazırlayır. İstehsalın "Azəralüminium" müəssisəsinin bazasında yaradılması imkanları nəzərdən keçirilmir.

Zavodun işini təmin etmək, infrastrukturun genişləndirilməsi və elektrik stansiyasının tikintisi üçün investisiyaların ümumi həcmi $1 mlrd-dan artıqdır. Respublikada xammal təminatının çatışmazlığı üzündən o, Qvineyadan gətiriləcək.

Rusiya şirkətinin planlarına müasir alüminium və gil-torpaq zavodlarının, elektrik siansiyalarının, eləcə də neft koksu istehsalı üzrə yüksək texnologiyalı müəssisələrin, inşaat konstruksiyaları və qablaşdırma folqalarının yaradılması daxildir.

Xəbər lenti

Xəbər lenti