...

Milli Məclisin sosial-siyasət daimi komissiyasının iclası keçirilib

Siyasət Materials 29 Mart 2006 19:19 (UTC +04:00)

Martın 29-da Milli Məclisin sosial siyasət daimi komissiyasının növbəti toplantısı keçirilib. Trend xəbər verir ki, iclasda uşaq hüquqları ilə bağlı YUNİSEF-in hesabatı dinlənildikdən sonra komissiya üzvləri tərəfindən "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" qanuna əlavə və dəyişikliklər müzakirə edilib.

Bu qanun layihəsi ilə bağlı iclsda iştirak edənlərə adıçəkilən komissiyanın sədri Hadı Rəcəbli məlumat verib. Millət vəkilləri sənədlə bağı öz təklif və iradlarını bildirdikdən sonra qanun layihəsi müzakirə olunmaq üçün parlamentin gündəliyinə salınıb.

Xəbər lenti

Xəbər lenti