...

İqbal Ağazadə Böyük Britaniya səfirinin müavini ilə görüşüb

Siyasət Materials 30 Mart 2006 13:05 (UTC +04:00)

Martın 30-da Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini və konsul Kolin Velslə görüşüb. Bu barədə Trend ə Ümid Partiyasından məlumat verilib. Görüşdə 2005-ci ilin parlament seçkiləri, Milli Məclisdə müxalifət qrupunun fəaliyyəti, yeni təsis olunmuş Siyasi Əlaqələndirmə Mərkəzi barədə fikir mübadiləsi aparılıb. Parlament seçkilərindən sonra müxalifət qüvvələri arasında qarşılıqlı ittihamların yaranmasını arzuolunmaz hal hesab edən İ.Ağazadə müxalifətçilərin inteqrasiyasının vacibliyini vurğulayıb.

Kolin Vels isə Ümid Partiyasının parlamentdə fəaliyyətini və təkrar parlament seçkisində iştirakını müsbət qiymətləndirdiyini deyib və ATƏT-in, Avropa Şurasının, həmçinin Böyük Britaniya səfirliyinin bu seçkiləri müşahidə edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti