...

Polşanın müdafiə nazirinin Azərbaycana səfərinə hazırlıq işləri aparılır

Siyasət Materials 27 Aprel 2006 14:51 (UTC +04:00)

Polşanın müdafiə naziri Radoslav Sikorskinin Azərbaycana səfərinə hazırlıq görülür. Polşanın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, səfər bu ilin may-iyun aylarına nəzərdə tutulub.

Səfər zamanı Azərbaycanla hərbi-texniki əməkdaşlığın inkişafı məsələlərinin müzakirə olunması nəzərdə tutulub. Polşanın Müdafiə Nazirliyinin ekspertləri Bakıya bu yaxınlardakı səfəri zamanı Azərbaycan tərəfi ilə bu sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Polşanın müdafiə nazirinin səfəri zamanı danışıqlar davam etdiriləcək, tərəflər NATO proqramı çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti