...

Böyük Quruluş Partiyası siyasi kursunda dəyişiklik edəcək

Siyasət Materials 2 May 2006 12:20 (UTC +04:00)

Böyük Quruluş Partiyası (BQP) siyasi kursunda dəyişiklik edəcək. Bu barədə Trend ə BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

F.Qəzənfəroğlu qeyd edib ki, bu dəyişiklik liberal-demokratik xəttə üstünlük verməklə həyata keçiriləcək və partiyanın yay aylarında planlaşdırılan növbəti qurultayında rəsmiləşdiriləcək. Qurultaya hazırlıqla bağlı təşkilat komitəsinin yaradıldığını deyən millət vəkili qurultayda BQP-nin məramnaməsinə dəyişikliklər ediləcəyini söyləyib. Bununla bağlı isə məsləhətləşmələr aparılır.

F.Qəzənfəroğlu onu da vurğulayıb ki, partiyanın yeni rayon təşkilatları yaradılır və qurultaya hazırlıqla bağlı yerlərdə konfranslar keçirilir: "Qurultayımızı iyun ayına planlaşdırmışıq. Ancaq bəzi texniki məsələlərlə bağlı tarix dəyişdirilə də bilər". Partiya sədri daha sonra bildirib ki, qurultayda Ali Məclis formalaşdırılacaq və müavinlik institutu yaradılacaq.

Xəbər lenti

Xəbər lenti