...

Gəncədə sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlərin sayı artıb

Siyasət Materials 3 May 2006 18:39 (UTC +04:00)

Artıq 1 ay olar ki, Tələbə Qəbulu Üzrə Dövlət Komisiyası regionlarda sınaq imtahanları keçirməyə başlayıb.

Gəncə şəhərində artıq 2 belə imtahan təşkil olunub. İmtahanların təşkilatçısı Məntiq Cəfərovun verdiyi məlumata görə, regionqlarda sınaq imtahanları hər iki həftədən bir keçirilir. Ümumiyyətlə, iki imtahana 6814 abituriyent qatılıb. Bu isə ötən illə müqayisədə xeyli çoxdur.

Məntiq Cəfərov bildirib ki, həmişəki kimi bu ildə orta məktəbi bitiriənlər 2 və 3-cü qruplara daha çox meyllidirlər.

Abutireynlərin çoxluğunu nəzərə alaraq imtahanlar Gəncədə iki növbədə keçirilir.

Xəbər lenti

Xəbər lenti