...

İran, Əfqanıstan, Pakistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələri Bakıya gəlib

Siyasət Materials 4 May 2006 19:53 (UTC +04:00)

Trend agentliyi xəbər verir ki, İran, Əfqanıstan, Pakistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın yüksək vəzfəli nümayəndəlri İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə görüşündə iştirak etmək üçün Bakıya gəlib.

İran prezidenti Mahmud Əhmedinecat, Əfqanıstan prezidenti Həmid Kərzay, Pakistan baş naziri Şövkət Əziz, Qazaxıstan baş naziri Danial Axmetov, Özbəkistan parlamentinin qanunverici palatasının spikeri Erkin Xəlilov və Qırğızıstan baş nazirinin birinci müavini Medetbey Karimkulov artıq Bakıdadır. Türkiyə baş naziri Rəcəb Tayyip Erdoğanın da Bakıya gəlişi gözlənilir.

Bu şəxslərin bir sıra ikitərəfli görüşlər və danışaqlar keçirəcəyi ehtimal olunur.

Zirvə görüşündə Türkmənistanı prezident yanında Xəzər məsələləri üzrə müəssisənin rəhbəri Xoşgeldi Babayev təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti