...

Azərbaycan yüksək səviyyəli beynəlxalq forumda iştirak etmək üçün Rumıniyaya dəvət olunub

Siyasət Materials 11 May 2006 13:07 (UTC +04:00)

İyunun 4-6-da Rumıniyada "Dialoq və tərəfdaşlıq üçün Qara dəniz forumu" adlı yüksək səviyyəli beynəlxalq forum keçiriləcək. Bu barədə Trend ə Rumıniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Forum Avropa Birliyinin dəstəyi ilə Rumıniya hökuməti tərəfindən təşkil olunub. Forumda Qara dəniz, Avropa və MDB dövlət və hökumət başçıları iştirak edəcək. İki gün ərzində forum iştirakçıları əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcək.

Rumıniya hökuməti artıq dövlət və hökumət başçılarına dəvətnamə göndərib. Azərbaycan da foruma rəsmi dəvət alıb. "Ancaq bu beynəlxalq tədbirdə ölkənin hansı səviyyədə təmsil olunacağı hələlik məlum deyil", - deyə səfirlikdən bildirilib.

Xəbər lenti

Xəbər lenti