...

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində keçirilən təkrar seçkilərdə 39760 seçicidən 15494-ü səs verib

Siyasət Materials 13 May 2006 19:43 (UTC +04:00)

Milli Məclisə mayın 13-də 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində keçirilən təkrar seçkilərdə saat 16.30-a olan məlumata görə 15494 seçici səs verib. Bu barədə Trend ə sözügedən dairə seçki komissiyasının sədri Məhəmməd Abbasov bildirib.

Qeyd edək ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində 39760 seciçi qeydə alınıb. Komissiyasının sədri onu da bildirib ki, seçkiləri xarici müşahidəçilərdən başqa 715 yerli müşahidəçi izləyib. Hər hansı bir qanun pozuntusunun olmadığını deyən M.Abbasov yalnız deputatlığa namizədlərin birinin müşadəçisi tərəfindən şikayət daxil olduğunu bildirib: "Şikayətdə göstərilib ki, deputatlığa namizədlərin biri tərəfindən seçicilərə maddi yardım göstərilib".

Komissiya sədri onu da bildirib ki, faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti