...

Milli məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının iclası keçirilib

Siyasət Materials 17 May 2006 20:15 (UTC +04:00)

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının mayın 17-də növbətği iclası keçirilib. Bu barədə Trend ə Milli Məclisi n mətbuat xidmətindən bildiriblər.

İclasda "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair saziş"in təsdiq edilməsi haqqında", "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun tərkibində Mərkəzi Asiya regionunda narkotiklərin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin əlaqələndirilməsi üzrə struktur bölümünün və onun regional əməliyyat qrupunun yaradılması barədə" qərarın təsdiq edilməsi haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanun layihələri müzakirə olunub.

Deputatların, dəvət olunan mütəxəssislərin rəy və təklifləri dinlənildikdən sonra, layihələrin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti