...

"Xaş-xaş-2006" əməliyyatı nəticəsində 19 tona yaxın çətənə kolu məhv edilib

Siyasət Materials 27 May 2006 14:21 (UTC +04:00)

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə Goranboy, Xocalı və Ağstafa rayon polis şöbələri əməkdaşlarının "Xaş-xaş-2006" şərti adı altında həyata keçirdikləri əməliyyat nəticəsində 19 tona yaxın çətənə kolu aşkar olunaraq məhv edilib. Bu barçədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat tərdirləri Goranboy və Ağstafa rayonları ərazisində həyata keçirilib.

Belə ki, birgə əməliyyat tədbirləri nəticəsində Goranboyun Şəfəq kəndi ərazisində 1,82 hektar sahədə yabanı halda bitmiş və çəkisi 1250 kiloqram olan 1630 ədəd, Aşağı Ağcakənd kəndinin ərazisində 3,7 sot sahədə yabanı halda bitmiş və çəkisi 332 kiloqram olan 3420 ədəd, Ağstafanın H.Aslanov qəsəbəsi ərazisində 1,75 hektar sahədə yabanı halda bitmiş və çəkisi 16 ton 809 kiloqram olan 30562 çətənə kolu yığılaraq məhv edilib.

Xəbər lenti

Xəbər lenti