...

Ziyafət Əsgərov Tacikistanın müdafiə naziri ilə görüşüb

Siyasət Materials 2 İyun 2006 15:30 (UTC +04:00)

Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov iyunun 2-də ölkəmizdə səfərdə olan Tacikistanın müdafiə naziri general-polkovnik Şirəli Xayrulloyevlə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Z.Əsgərov qeyd edib ki, iyunun 1-də iki ölkənin müdafiə nazirləri arasında imzalanmış müqavilə hərbi sahədə əməkdaşllığı daha da genişləndirəcək. Milli Məclis sədrinin birinci müavini parlamentlərarası əlaqələrin zəif inkişaf etdiyini vurğulayıb, bu sahədə münasibətlərin genişləndirilməsinin vacibliyini xüsusi qeyd edib.

Sonra Ziyafət Əsgərov Milli Məclisin işi, rəhbərlik etdiyi komissiyanın Müdafiə Nazirliyi ilə birgə fəaliyyəti, təhlükəsizlik və müdafiə sahələri ilə bağlı qəbul olunmuş qanunlar barədə qonaqlara məlumat verib.

Tacikistanın müdafiə naziri general-polkovnik Şirəli Xayrulloyev Azərbaycana səfərinin nəticələrindən razı qaldığını bildirib. Tacikistanlı nazir ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnun qaldığını deyib. Nazir parlamentlərarası münasibətlərin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, səfərindən sonra bu sahədə də dönüş olacağına inandığını bildirib.

Xəbər lenti

Xəbər lenti